İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Azərbaycandakı səfiri: “Əminəm ki, sülh naminə daha çox işlər görə bilərik”

“Əminəm ki, biz sülh, sabitlik, firavanlıq və təhlükəsizlik naminə birlikdə daha çox işlər görə bilərik və görəcəyik”.

“Report” xəbər verir ki, bunu Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra tviter hesabında yazıb. Diplomat nazirə qəbula görə təşəkkür edib.

“Fransa-Azərbaycan münasibətlərinə sadiqliyinə və görüş üçün vaxt ayırdığına görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürlər. Əminəm ki, biz sülh, sabitlik, firavanlıq və təhlükəsizlik naminə birlikdə daha çox işlər görə bilərik və edəcəyik”, - səfir qeyd edib.

Xatırladaq ki, sentyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossu ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Fransa səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyinə istinad edən nazir Zakari Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi vurğulanıb. Nazir xüsusilə humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafının davam etdiyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR