İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanı xaosa sürükləyən Makron GERİ ADDIM atmadı

Fransa prezidenti Emmanuel Makron TF1 və France 2-nin birgə yayımında pensiya islahatına etirazlarla bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, etirazlara və tətillərə rəğmən geri addım atmayan Makron islahatların ilin sonuna qədər qüvvəyə minəcəyini bildirib.

"Pensiya islahatı demokratiya yolunda davam edəcək. Biz bu islahatı niyə aparmalı olduğumuzu müvəffəqiyyətlə izah edə bilməmişik. Bu islahatı etmək lazımdır, bu, zərurətdir” - Fransa lideri deyib.

Makron sözügedən islahat əleyhinə etirazların qanuni olduğunu bildirib:

"Amma blokajlar olarsa, onları aradan qaldırmaq lazımdır. Ona görə də hökumətdən xahiş etdim ki, mümkün qədər danışıqlar aparsın. Biz kəsiri artırmaqla pul ödəməkdən çəkinməliyik. Biz sakitləşməli, həmkarlar ittifaqları və buna hazır olan bütün siyasi qüvvələrlə dialoq yolu ilə parlamentin gündəliyini və islahatlarını yenidən qurmalıyıq".

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat bütün ölkədə etirazlara səbəb olub. Sözügedən qanunun qəbulu üçün Fransanın baş naziri Elizabet Borne konstitusiyadakı xüsusi maddədən istifadə edərək Fransa parlamentini prosesdən kənarlaşdırıb. Daha sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR