İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransalı hüquq müdafiəçisindən Makrona ŞİLLƏ KİMİ CAVAB: Xocalı da “tolerantlıq uğrunda mübarizə" idi?

“Bəyanatınız Fransanın son tarixində ən uğursuz diplomatik gedişi idi”

Fransada fəaliyyət göstərən Vicdan Azadlığı Uğurunda Koordinasiya Mərkəzinin rəhbəri Tyeri Vale bu ölkənin prezidenti Emmanuel Makronu Azərbaycanla bağlı son bəyanatına görə sərt tənqid edib.

Musavat.com xəbər verir ki, “Causeur” Jurnalinda “Həqiqət deyilmədən etibar yarana bilməz” başlığı ilə dərc edilən açıq müraciətində Vale Makronun bu bəyanatla Cənubi Qafqazda həssas sülhü təhlükə altına atdığını vurğulayıb.

Müəllif qeyd edib ki, Makron həmçinin Avropa Birliyinin Ermənistan - Azərbaycan normallaşması prosesindəki roluna da şübhə salır.

Müraciətdə bildirilir ki, sonuncu Praqa görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması kimi vacib addımı fonunda, Makronun, “Qarabağı Ermənistanın ürəyi” adlandırması həm beynəlxalq normalara hörmətsizlikdir, həm də bu razılığa zərbə vurub.

WhatsApp Image 2022-10-25 at 18.07.15.jpeg (81 KB)

Tyeri Vale

"Avropanın kövrək sülh prosesindəki rolunu zədələyən Makron Cənubi Qafqazı “daha da Rusiyaya tərəf itələmiş oldu”, - yazan Vale məlum bəyanatı “post Sovet dönəmində Fransanın ən uğursuz diplomatik gedişi” adlandırıb.

Hüquq müdafiəçisi bəyanatını mənəvi dəyərlərə sədaqətlə əsaslandırmağa çalışan Makronu həm də ikiüzlülükdə ittiham edib:

“Düşünmürəm ki Qarabağ münaqişəsinin ən qaranlıq səhifəsi olan Ermənistanın törətdiyi Xocalı faciəsini sizin dediyiniz kimi “Ermənistanın apardığı tolerantlıq uğrunda mübarizə” çərçivəsinə sığdırmaq olar. Bunu bilib deməmək isə Fransanın quruluş prinsiplərindən olan “Bərabərlik” şüarına hörmətsizlikdir”.

Müraciətin sonunda Vale E.Makrona Fransanın həqiqi mənəvi dəyərlərinə sadiq olmağı, “Ermənistandakı dostlarını bu ölkənin əvvəlki qatil rejimləri tərəfindən törədilmiş Xocalı cinayətini tanımağa cağırmağı” məsləhət görür:

“Bu Fransanın, Cənubi Qafqazda ehtiyac duyulan barışığa gerçək töhfəsi ola bilər”.

“Xocalı: Barışıq üçün etiraf et” koalisiyasının üzvü, məşhur hüquq müdafiəçisi, “Srebrenisa anaları” birliyinin sədri Münirə Sübaşıçın iki həftə öncə Cenevrədə, BMT İnsan Haqları Şurasında keçirilmiş konfransda etdiyi çıxışdan sitat gətirən Vale müraciətini “həqiqət deyilmədən etibar yarana bilməz” sözlərilə bitirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR