İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransadan yenidən Napoleon, İtaliyadan Mussolini çıxa bilər, həmçinin…”

Rusiya və ABŞ prezidentlərinin Alyaska görüşünə bir gün qaldı. “Faynenşl Tayms” qəzeti Avropa müdafiə sənayesinin rekord sürətlə genişləndiyi haqqında məlumat yayıb. “Financial Times” yazır ki, Avropanın silah fabrikləri Ukraynadakı münaqişədən əvvəl üç dəfə sürətlə genişlənir, hazırda 7 milyon kvadratmetrdən çox ərazini əhatə edir və bu, tarixi miqyasda yenidən silahlanmaya işarə edir.

Politoloq Zaur İbrahimli Musavat.com-a bildirib ki, Avropa İttifaqı hərbi sənayeni maliyyələşdirmək üçün yeni proqramlara başlayır:

“Bu o deməkdir ki, hərbi sənaye Avropanın iqtisadi və siyasi həyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Əvvəllər ikinci dərəcəli fiqur olan hərbi sənaye lobbiçiləri, istehsalçılar və siyasətçilər indi gündəliyi müəyyənləşdirirlər. Avropa fərdi silahların istehsalından raketlər, hava hücumundan müdafiə və pilotsuz uçuş aparatları da daxil olmaqla hərtərəfli qarşısının alınması sisteminin yaradılmasına doğru gedir. Bu, diqqətin ənənəvi yerüstü müharibədən asimmetrik və yüksək texnologiyalı müharibə üsullarına keçidini göstərir. Avropanın və digər böyük dövlətlərin sürətlə yenidən silahlanması çox güman ki, sabitliyə deyil, gərginliyin artmasına gətirib çıxaracaq. Hərbi güc artıqca bəzi ölkələri daha aqressiv xarici siyasətə üstünlük verə bilərlər. Bu isə yeni müharibələrin başlaması riskini artırır. Həmçinin, inkişaf etmiş hərbi-sənaye kompleksinə malik ölkələr (Almaniya, Fransa) Aİ-nin ümumi siyasətinin formalaşmasında getdikcə daha mühüm rol oynayacaqlar. Bütün bunlar deməyə əsas verir ki, Avropa elitasının dünyagörüşünün əsaslı dəyişir. Yeni dövr artıq başlayıb və klassik geosiyasət yenə ön plana çıxıb. Hərbi güc yenə əsas xarici siyasət alətinə çevriləcək. Birinci və İkinci Dünya Müharibələri ərəfəsində vəziyyət çox oxşar idi. Hərbi sənaye güclü inkişaf edirdi, aparıcı ölkələrin elitaları isə güc mövqeyindən danışmağa öyrənmişdilər. Tək elə İkinci Dünya Müharibəsində həlak olanların sayı 50 milyondan çox oldu. Bu müharibə tarixdə ən çox insan təlafatı ilə nəticələnən müharibədir. Tarixçilərin hesablamalarına görə, 35 milyondan 70 milyona qədər insan həlak oldu. Bir verilişdə demişdim ki, ruslar yatan Avropanı oyatmaqla dünyanı fəlakətə sürükləyirlər. Fransadan yenidən Napoleon, İtaliyadan Mussolini çıxa bilər, həmçinin Alman orduları Şərqə üz tuta bilər…”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR