Onlayn ictimai-siyasi qəzet
Paris və Fransanın bir sıra iri vilayətlərinin (təxribat məqsədilə-red.) Qarabağa göndərdiyi humanitar yük maşınları karvanı avqustun 30-da Laçın dəhlizinin girişində olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan agentlikləri məlumat yayıb.
Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasından verilən məlumata görə, Paris meri Ann İdalqo humanitar yardım karvanını müşayiət etmək üçün avqustun 30-da Ermənistana gələcək.
Ann İdalqo 2014-cü ildən Paris merliyinə rəhbərlik edir. 2017-ci ildə o, Ermənistanın Fəxri ordeninə layiq görülüb.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ