İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın kəşfiyyat generalından Putinə mesaj var: "Həmkarıma deyərdim ki..."

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ – CIA) keçmiş direktoru, general Devid Petreus Rusiya prezidenti Vladimir Putinə açıq çağırış edib. O, Ukraynalı jurnalist Dmitri Qordona verdiyi geniş müsahibəsində Moskva rəhbərliyinə sərt və birbaşa mesaj göndərib: “Putinə məsləhətim: İstefa ver!”

Musavat.com xəbər verir ki, Müsahibə zamanı Devid Petreus bildirib ki, son zamanlar Vaşinqtonda, Romada və digər dünya paytaxtlarında baş verən siyasi dəyişikliklər böyük ümid doğurur:

“Vaşinqtonda, Romada və təkcə orada yox, bir çox yerlərdə gördüyümüz müsbət dəyişikliklər olduqca önəmlidir. Mənim fikrimcə, bu dəyişikliklər, Oval kabinetdə keçirilən görüşdən sonra sarsılan ümidləri yenidən dirçəldir”, – deyə Petreus vurğulayıb.

Dmitri Qordon isə ABŞ-a və amerikalı xalqına təşəkkür edərək deyib:

“Bu illər ərzində Ukraynanın yanında olduğunuz üçün sizə, ABŞ hökumətinə və amerikalı xalqa təşəkkür edirəm. Əgər Amerika olmasaydı, əminəm ki, Ukrayna artıq dövlət kimi mövcud olmazdı”.

Petreus bu sözlərə cavab olaraq bildirib ki, azadlığı sevən hər bir kəs – xüsusilə amerikalılar – Ukraynanın müstəqillik uğrunda apardığı mübarizəni dəstəkləməyi özlərinə şərəf sayır.

Sonda jurnalist Qordon general Petreusdan simvolik bir sual soruşub: Əgər siz Putinlə bir otaqda olsaydınız və o sizə desəydi: “Hörmətli həmkar, mən nə etməliyəm?” – siz ona nə cavab verərdiniz?

Devid Petreusun qısa və sərt cavabı belə olub: “İstefa ver!”

Xəbərin sonunda qeyd edək ki, bu müsahibənin tam videosu Dmitri Qordonun rəsmi sosial media hesablarında yayımlanıb. Musavat.com həmin müsahibədın müvafiq parçanı təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR