İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: "Mən gözləyirəm – Rusiyadan kim gələcək? Tramp da İstanbula..." - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski bu axşam xalqa etdiyi videomüraciətdə Türkiyədə keçiriləcək mümkün danışıqlara və Rusiyadan gözlənilən nümayəndə heyətinin tərkibinə toxunub.

Musavat.com xəbər verir ki, Prezident bildirib ki, Rusiya tərəfinin kimləri göndərəcəyi bəlli olduqdan sonra Ukraynanın atacağı növbəti addımlara qərar veriləcək.

“Bu gün komandamla birlikdə Türkiyədəki formatla bağlı bir neçə müşavirə keçirdik. Mən gözləyirəm – Rusiyadan kim gələcək? Bundan sonra hansı addımların atılmalı olduğuna qərar verəcəyik. Mediada onların verdiyi siqnallar hələlik inandırıcı deyil”, – deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın da danışıqlarda iştirakı ehtimalı gündəmdədir:

“Eyni zamanda eşidirik ki, Prezident Trampın Türkiyəyə gəlmək ehtimalı var. Bu isə ən güclü arqument ola bilər. Bir həftə çox şeyi dəyişə bilər… amma… Hazırda bütün proses həlledici mərhələdədir”, – Zelenski bildirib.

Musavat.com Zelenskinin həmin videomüraciətini təqdim edir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR