İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada qaz ehtiyatı tükənmək üzrədir

Fransanın yeraltı anbarlardakı qaz ehtiyatları 35 faizdən aşağı düşüb.

Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, fevralın 2-nə Fransanın yeraltı qaz anbarlarında təxminən 4,5 milyard kubmetr qaz olub ki, bu da onların 34,86 faiz dolu olduğunu göstərir.

Qaz saxlama qabiliyyətinə görə digər aparıcı ölkələr də ehtiyatlardan fəal şəkildə istifadə edirlər. Almaniyada anbarlardakı ehtiyatlar 54,44 faizə, Avstriyada 62 faizə, İtaliyada 62,52 faizə, Hollandiyada 36,48 faizə düşüb.

Slovakiyada anbarlar 59,57 faiz, Macarıstanda - 55,58 faiz, Çexiyada - 51,41 faiz, Rumıniyada - 44,64 faiz, Bolqarıstanda - 54,03 faiz, Belçikada - 40,99 faiz, Danimarkada - 45,11 faiz, Latviyada 55,5 faiz, Xorvatiyada 35,18 faiz doludur.

Avropada ən yüksək ehtiyat səviyyəsi hazırda Portuqaliyada müşahidə olunur - 98,14 faiz. Həmçinin ehtiyatlara görə liderlər arasında İsveç (88,05 faiz), İspaniya (71,57 faiz) və Polşa (67,42 faiz) yer alıb.

Gas Infrastructure Europe-un məlumatlarına əsasən Avropada yeraltı anbarlarda qaz ehtiyatları təxminən 52,5 faiz səviyyəsinə enib. Aİ istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından 50 milyard kubmetrdən çox qaz istifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR