İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada deputatlar hökumətə qarşı etimadsızlıq göstərilməsi təklifini irəli sürüblər

Fransa Milli Assambleyasında büdcə layihəsinin müzakirələri davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün hökumətin konstitusiyanın 49.3 maddəsini tətbiq etməsinə qarşı NUPES (sol siyasi partiyalar birliyi) və Milli Birlik partiyaları tərəfindən irəli sürülmüş etimadsızlıq təklifi müzakirə edilərək səsə qoyulacaq.

Solçu koalisiyanın 151 üzvü hökuməti parlamentə qarşı laqeydlikdə günahandıraraq, büdcə layihəsinə etirazlarnı bildirmək üçün etimadsızlıq vəsatətini irəli sürüb. Məqsəd büdcə layihəsinin səsə qoyulması tələbidir. Əks təqdirdə, ölkənin prioritetlərinin müəyyən etməli olan büdcə ilə bağlı səsvermə olmayacaq.

Milli Birlik Partiyası isə digər qrupu təmsil edən 89 deputat hökuməti demokratiyanı inkar etməkdə günahlandırır, çünki irəli sürülmüş və səsə qoyulmuş 50-yə qədər düzəlişin üzərindən xətt çəkilib.

Fəaliyyət və dövlət xərcləri üzrə hesablama nazirinin “etimadsızlıq vəsatətini irəli sürənlərin böhrana yeni böhran əlavə etdiklərini” bildirməsi isə əks tərəfin səbrini tükəndirib. Bildirilib ki, bu fikir büdcə layihəsi ilə bağlı bütün siyasi debatların qapandığını əks etdirir. Hökumətlə heç vaxt dialoq aparılmayıb. Dövlət büdcəsinin müzakirələrsiz qəbul edilməsinin çirkin və qəddar siyasət olduğunu qeyd ediblər.

Qeyd edək ki, dövlət büdcəsinin sosial müdafiə ilə bağlı hissəsinin qəbulu üçün artıq 49.3 maddəsinə müraciət edilib. Dövlət büdcəsinin qəbulu üçün bir neçə dəfə 49.3 maddəsinə müraciət olunmasını hökumətin zəifliyi kimi qeyd edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR