İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada daha bir şəhər merinə hücum etdilər

Fransanın La Rişe şəhərinin meri Filip Posuş naməlum şəxslərin hücumundan danışıb.

Etirazçılar onun bağına daxil olaraq avtomobilini yandırmağa cəhd ediblər.

Hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib.

Posuşun sözlərinə görə, bir qrup şəxs onun avtomobilini yandırmağa nail olub, lakin o, hücum edənləri qovub və maşını söndürməyə başlayıb.

O qeyd edib ki, həftə ərzində aldığı təhdidlərlə bağlı polisə məlumat verib. Şəhər başçısı həmçinin yanğına cəhdlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək planlarını açıqlayıb.

Qeyd edək ki, bundan öncə Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyi, həyat yoldaşı və uşağının yaralandığı bildirilib.

Mənbə: lenta.ru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR