İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa xarici işlər nazirindən absurd iddialar  

Ermənistanın yanında bizim ölkə kimi nə bir ölkə, nə də bir dövlət durmur və siz bunu çox yaxşı bilirsiniz.

Musavat.com-un məlumatına görə, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna parlamentdə sual-cavab iclasında deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının diplomatik səviyyədə bütün iclasları istisnasız olaraq Fransanın təşəbbüsü ilə keçirilib. “Həmçinin, artıq dediyim kimi, Fransanın təşəbbüsü ilə Ermənistanda müşahidə missiyası yerləşdirilib. Bütün bunlar humanitar səviyyədə doğrudur. İlin əvvəlindən nazirliyimiz Ermənistanın və Qarabağın erməni əhalisinə 5 milyon avrodan çox vəsait ayırıb. Mən son günlərdə baş verənləri nəzərə alaraq, bu yardımı daha 7 milyon avro həcmində artırmaq qərarına gəldim”,-nazir deyib.

Xarici işlər naziri onu da qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində də əlaqələri gücləndirib. “Hərbi attaşe Fransanın İrəvandakı səfirliyində olacaq. Və sonra, tezliklə sərhəddən çox da uzaq olmayan Sünik (Zəngəzur-M.) bölgəsində konsulluq açacağıq. Ona görə də hesab edirəm ki, bu, Fransanın Ermənistanı güclü dəstəklədiyinin əyani sübutudur”-o bildirib. Fransız nazir ermənipərəst mövqeyinin davamında bunları iddia edib: “Rusiyanın Ermənistanı tərk etməsi və Azərbaycanın hərbi əməliyyatlarında şərik olması beynəlxalq diplomatik addımları daha da zəruri edir. Fransanın yanında, ümid edirəm ki, biz Avropanı görəcəyik, o, bu reallığı nəzərə almalı, Ermənistanın ərazi bütövlüyünə hörmət etmək və Qarabağ ermənilərinin yaşamaq hüququnu qorumaq üçün bizimlə birgə çalışmalıdır. Bizim etdiyimiz budur”.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR