İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci təcili sammit keçirəcək

Fransa Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci təcili sammit keçirəcək.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Görüşün fevralın 19-da keçiriləcəyi bildirilir.

Məlumata görə, bu dəfə sammitə Avropanın daha çox ölkəsi (Norveç, Litva, Estoniya, Latviya, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika) və NATO müttəfiqi olan Kanada dəvət olunub.

Həmçinin, agentlik bəzi ölkələrin videokonfransa qoşula biləcəyini istisna etməyib.

Bundan əvvəl fevralın 15-də məlum olub ki, Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın son bəyanatlarından sonra Avropa liderlərini təcili sammitə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR