İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Senatı hökuməti Ukraynaya hərbi kömək göstərməyə çağırıb

Fransa parlamentinin yuxarı platası - Senat hökuməti Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməyə çağırıb.

APA-nın “Sudouest” saytına istinadla xəbərinə görə, Senat hökuməti Ukraynaya yardımı, xüsusən də silah göndərilməsi ilə bağlı köməyi artırmağa çağırıb.

Qanun layihəsinin lehinə 324, əleyhinə 16 nəfər səs verib. layihənin əleyhinə səs verənlər kommunist fraksiyasının senatorlarıdır.

Sənəddə “qələbəyədək Ukraynanın yanında olmaq və bu ölkədəki hərbi cinayətləri araşdırmaq” təklif edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR