İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa səfiri müxalifətin qərargahına gəldi-3 partiya sədri ilə görüş keçirildi  

 

Pənah Hüseyn: “Çox maraqlı və faydalı görüş oldu”

 

Aprelin 28-də Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AMİP, AXP və Ağ Partiya sədrlərinin Fransanın Azərbaycandakı səfiri, cənab Zakari Grosla görüşü keçirilib. Bu barədə AMİP-in mətbuat xidmət məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda deyilir: “Görüşdə ölkədə və regiondakı mövcud vəziyyət, Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrası, Fransanın Qarabağ məsələsindəki mövqeyi, Rusiyanın Ukraynaya təcavüzü və eləcə də, digər məsələlər geniş şəkildə müzakirə edilib. Görüşdə AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başqanı Tural Abbaslı, AXP sədri Pənah Hüseyn, AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev, eləcə də səfir Zakari Grosla yanaşı, Fransa səfirliyinin Siyasi Məsələlər üzrə ateşşesi Bruyere-İsnard Teo da iştirak edib”.

Görüş barədə iştirakçılardan P.Hüseyn Musavat.com-a qısa açıqlama verib: “Çox faydalı və maraqlı görüş oldu”,-deyə AXP sədri bildirib.

Onu da qeyd edək ki, bu görüş son bir həftə ərzində siyasi partiyaların diplomatik korpusla keçirdiyi ikinci görüşdür. İlk görüş də AMİP qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Kristine Sinqlə keçirilib.

 

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR