İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fransa Qarabağ ermənilərinə sığınacaq vermək niyyətində deyil" – İrəvandakı səfir

Qarabağı könüllü olaraq tərk edib Ermənistana gedən ermənilərin sayı 7 minə çatıb. Onların böyük əksəriyyəti Ermənistanda daimi qalmaq deyil, oradan Fransa, ABŞ və digər ölkələrə getməyi hədəfləyir. Artıq bununla bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb.

Musavat.com xəbər verir ki, bu müzakirələr barədə məlumat Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotiniyə çatdırılıb. Fransa səfiri tez özünün X səhifəsindən ölkəsinin Qarabağdan köçən ermənilərə qucaq açmaq niyyətində olmadığını bəyan edib. Bildirib ki, Fransa Qarabağ ermənilərini öz ərazisində yerləşdirməyə hazırlaşmır və yayılan məlumatlar həqiqəti əks etdirmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR