İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Özbəkistanın üç şəhərinə 100 milyon avrodan çox vəsait ayırıb

Fransanın İnkişaf Agentliyi (FİA) Özbəkistanın qədim Karmana, Kitap və Şəhrisəbz şəhərlərində infrastrukturun yenilənməsi və rekonstruksiyasına 105 milyon avro vəsait ayırıb.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bundan başqa, agentlik bu regionun kənd yerlərində heyvandarlığın inkişafına 7,6 milyon avro yönəldib.

Materialda deyilir ki, FİA-yi bu layihələri ətraf mühitin mühafizəsi və insanların sağlamlığının qorunması, onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirir.

Xatırladırıq ki, bundan əvvəl də FİA-yi Özbəkistan iqtisadiyyatının dirçəldilməsi üçün müxtəlif layihələr həyata keçirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR