İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransa obyektiv ola bilmir” - Çavuşoğludan Makrona cavab

“Təəssüf ki, Fransa obyektiv ola bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dediklərini şərh edən nazir söyləyib: “Biz də Rusiya ilə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq. Amma Fransa obyektiv deyil”.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib: “30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəbi ATƏT-in Minsk qrupunun qeyri-obyektivliyi idi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR