İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa nəhəngi Türkiyə bazarına girir

Fransanın enerji nəhəngi olan "TotalEnergies" Türkiyədə bərpa olunan mənbələrdən enerji istehsalına başlayacaq.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa şirkəti yerli Renosans Enerji şirkəti ilə onun səhmlərinin 50 faizini əldə etməsinə dair müqavilə imzalayıb.

Renosans Enerji Türkiyədə ümumi gücü 166 MVt olan 6 Su Elektrik Stansiyasına sahibdir. Şirkətin 700 MVt gücündə akkumulyatorlardan günəş və külək elektrik enerjisi istehsalını nəzərdə tutan layihələri var. Renosans Enerji 2030-cu ilədək bərpaolunan mənbələrdən enerji istehsalı gücünü 2 GVt-a çatdırmağı nəzərdə tutur.

"TotalEnergies" və Renosans Enerji birgə istehsal etdikləri enerjini açıq hərraclarda, yaxud istehlakçılarla birbaşa müqavilə əsasında satacaqlar.

2023-cü ilin martında Fransa şirkətinin bərpa olunan mənbələrdən enerji istehsalı gücü 18 GVt təşkil edib. 2030-cu ilədək bu gücün 100 GVt-a çatdırılması planlaşdırılır.

Qeyd edək ki, şirkətlərin imzaladığı müqaviləni Türkiyə antiinhisar və tənzimləyici orqanları təsdiqləməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR