İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa iğtişaşların dayandırıldığını elan edir - vəziyyət sabitləşir

 Fransa Daxili İşlər Nazirliyi ölkə boyu iğtişaşların dayandırıldığını qeyd edir.

Musavat.com xairici KİV-ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü departamentin rəhbəri Cerald Darmanin Senatda keçirilən dinləmələrdə bildirib.

"Ancaq yaxın günlərdə baş verəcəkləri yaxından izləmək lazımdır" deyən Darmanen, Daxili İşlər Nazirliyinin hələ də artan səfərbərlik rejimində olduğunu deyib.

Fransanın baş naziri Elizabet Born bildirib ki, Fransada davam edən iğtişaşlarla bağlı vəziyyət tədricən sabitləşir.

Born Senatda çıxışı zamanı "Vəziyyət tədricən normala qayıdır" deyib. O, senatorlara ölkədə sakitliyin bərpası istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Daha əvvəl nəqliyyatdan məsul nazir Klement Bon Twitter-də axşam saatlarında yerüstü nəqliyyata qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlamışdı.

Qeyd edək ki, ötən ayın sonlarında Nanterdə bir polis məmurunun 17 yaşlı oğlanı güllələyərək öldürməsindən sonra ölkənin bir sıra şəhərində iğtişaşlar başlayıb. Bankların, mağazaların, ticarət mərkəzlərinin talanması, polislərə hücumlar, çoxsaylı həbslərdən sonra qətlə yetirilən uşağın nənəsi küçəyə çıxanları televiziya vasitəsilə dayanmağa çağırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR