İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa gələn il orduya 43,9 milyard avro ayıracaq

Fransanın hərbi büdcəsi 2023-cü ildə təxminən 44 milyard avroya çatacaq.

“Report” xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyi yayımladığı kommunikedə bildirib.

“2023-cü ildə Fransa ordusunun büdcəsi ardıcıl altıncı dəfə artırılaraq 43,9 milyard avro təşkil edəcək”, - məlumatda deyilir. Nazirlikdən qeyd olunub ki, bununla da Silahlı Qüvvələrə ayrılan vəsait 2022-ci illə müqayisədə 3 milyard artacaq.

Məlumatda vurğulanır ki, hazırda Fransada 2024-2030-cu illər üçün Silahlı Qüvvələrin və silahların inkişaf etdirilməsi üzrə yeni proqram hazırlanır. Layihə dekabr ayından gec olmayaraq parlamentə təqdim olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR