İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa erməniləri qaytarmaq üçün BMT-yə müraciət edir: yeni sərsəm HƏMLƏ

Fransa BMT Təhlükəsizlik Şurası çərçivəsində ermənilərin Qarabağa qaytarılması ilə bağlı qətnamənin qəbulunu tələb edəcək.

Musavat.com-un məlumatına görə, belə bir sərsəm açıqlama ilə Fransa xarici işlər naziri Ketrin Kolonna çıxış edib.

Fransa diplomatı cəfəngiyyatlarını davam etdirərək iddia edib ki, “Azərbaycan 100 mindən çox erməninin Qarabağdan çıxarılmasını planlaşdırıb və təşkil edib”.

Ketrin Kolonna Senatda deyib ki, “bu ağır cinayət cavabsız qala bilməz”.

O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə danışıqlar yolu ilə həll oluna bilər.

“Bakı başa düşməlidir: güc tətbiq etmək yolu ilə hərəkət edə bilməz”, - ermənipərəst nazir deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR