İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Azərbaycandan nə istəyir - kin, yalan, hikkə və qərəz dolu açıqlamalar ard-arda gəlir

Fransa Senatının “Respublikaçılar” fraksiyasının üzvü, Fransa-Ermənistan dostluq qrupunun sədr müavini Valeri Buaye BMT nümayəndələrinin Qarabağa səfərini maskarad adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “C dans l'air” verilişinin efirində bildirib.

“Hesab edirəm ki, Ermənistanın bu gün müdafiəyə ehtiyacı var, lakin bu gün baş verən maskarad vasitəsilə (BMT missiyasının Qarabağa səfəri - red.) deyil.... Azərbaycanın missiyada iştirak etmək üçün seçdiyi ölkələrin siyahısı varmı?”, - deyə Buaye bildirib.

Fransız senatorun sözlərinə görə Fransa Azərbaycandakı səfirini geri çağırmalı və rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməlidir.

Fransa Senatının sədri Jerar Larşe isə heç bir əsas olmadan, utanmadan Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmə aparmaqda ittiham edib. “Biz hamımız Ermənistanı və “Dağlıq Qarabağ” ermənilərini dəstəkləməliyik”, - deyə Larşe “Le Figaro” qəzetinə müsahibəsində bildirib.

WhatsApp Image 2023-10-04 at 16.29.30.jpeg (30 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR