İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa-Azərbaycan dostluq qrupu fəaliyyətini buna görə dayandırdı

“Üç gün öncə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin dayandırıldığı elan edildi. Bu, Azərbaycana qarşı birbaşa təhdid, şantaj idi”.

Bunu Musavat.com-a fəaliyyətini müvəqqəti dayandırmış Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Razi Nurullayev deyib.

O qeyd edib ki, Fransa-Azərbaycan dostluq qrupunun ciddi fəaliyyəti olmayıb:

4c1e42f287b832d9d6422d97210d3df3.jpg (122 KB)

“Qrupun bir çox üzvü hətta Azərbaycan əleyhinə səs verirdi. Buna görə də qrupun fəaliyyət göstərib-göstərməməsinin bizim üçün xüsusi əhəmiyyəti yoxdur. Yalnız Natali Qule Azərbaycanı müdafiə edirdi. Fransa bizimlə parlament səviyyəsində dostluq etmək istəmirsə, bizim də qərarımız adekvat olmalıdır. Bunu Fransanın düzgün olmayan siyasətinin davamı və nəticəsi kimi dəyərləndirirəm. Fransa Azərbaycanla açıq düşmənçilik siyasəti aparır. Bu məyusluq yaradır. Münasibətlərin normallaşması da, yaxşılaşması da Fransadan asılıdır. Əgər Fransa münasibətlərin normallaşmasını istəyəcəksə, Azərbaycana, eyni zamanda Qarabağa olan münasibətini dəyişməlidir. Haqsız Ermənistanın yanında dayanıb, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü şübhə altına almamalıdır. Bu halda Azərbaycan Fransa ilə dostluğunu bərpa edə bilər”.

Qeyd edək ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırıb. Bu barədə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib. “Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”, - S.Məmmədov əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR