İnsanlara hürriyət, millətlərə istiqlal!

Fitrə necə çıxarılmalıdır? - QMİ-dən izah

Fitr zəkatının məbləğini ailə sahibi qərarlaşdırır, ancaq İslam dinində fitrə zəkatının çıxarılmasının məbləği var.

Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O qeyd edib: “Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır”.

Fuad Nurullayev bildirib ki, fitr zəkatında ən çox buğda unundan, çörəkdən, düyüdən, xurmadan, kişmişdən istifadə olunur: “Maddi imkanı yaxşı olanlar bunları 3 kilodan hesablaya bilər. Minimum heç olmasa, 14-15 manatdan hesablasalar, yaxşı olar”./apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR