İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya Rusiyaya nota verdi

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya səfiri Pavel Kuznetsovu çağıraraq ona etiraz notası təqdim edib.

Musavat.com xəbər verir ki, məlumatı Yle teleradio şirkəti yayıb. Bildirilir ki, Helsinki iki Rusiya hərbi təyyarəsinin Finlandiya hava məkanını pozması ilə bağlı Moskvaya xəbərdarlığını səfirə çatdırıb.

Pozuntu mayın 23-də Porvoo şəhəri sahillərində baş verib.
Qeyd edək ki, fevral ayında da Finlandiya Xarici İşlər Nazirliyi Rusiya təyyarəsinin Finlandiya körfəzində hava məkanını pozması ilə bağlı Rusiya səfirinə nota təqdim etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

27 May 2025

BÜTÜN XƏBƏRLƏR