İnsanlara hürriyət, millətlərə istiqlal!

Financial Times: "Rişi Sunak böyük dəmir yolu proqramından imtina edib"

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak sələfi Liz Trass tərəfindən təsdiqlənən və İngiltərənin şimalında planlaşdırılan yüksək sürətli dəmir yolunun inşası layihəsini ləğv edib.

AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, “Downing Street” nümayəndəsinin sözlərinə görə, hökumət bundan sonra yalnız büdcəsi ayrılan proqramlara diqqət yetirəcək və xərc maddələrinə yenidən baxılması səbəbindən Liz Trassın əlavə vədlərindən imtina olunacaq.

“Northern Powerhouse Partnership” lobbi qrupunun nümayəndəsi Anri Myurison hesab edir ki, proqramdan imtina olunması “nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi yolunda ciddi geriləmədir”. Onun fikrincə, bu, Böyük Britaniya iqtisadiyyatına sərmayə yatırımının artmasına mane olacaq.

Liz Trassın regional fərqləri azaltmaq məqsədilə təsdiqlədiyi “Northern Powerhouse Rail” dəmiryol şəbəkəsi layihəsinin dəyəri 100 milyard funt sterlinq (təxminən 113 milyard dollar) həcmində qiymətləndirilir.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass noyabrın 20-də istefa verdiyini elan edib. O, hökumətə 45 gün rəhbərlik edib ki, bu da Birləşmiş Krallıq tarixində ən qısa müddətdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR