İnsanlara hürriyət, millətlərə istiqlal!

Filiz Akınla bağlı aktyor oğlundan duyğusal mesaj: "Həmin ağacın altında görüşəcəyik..."

"Yeşilçam"ın unudulmaz aktrisalarından Filiz Akının vəfatından sonra oğlu, aktyor İlker İnanoğlu anasına olan dərin sevgisini və kədərini ifadə edən duyğusal bir paylaşım edib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, İnanoğlu şəxsi "Instagram" hesabında anasının onun üçün nə qədər dəyərli olduğunu vurğulayıb.

"Canım anam, ən yaxın dostum, sirdaşım, Filiz Akın... Bu dünyada məni ən çox sevən insan, "Yumurcak" filmlərindəki tərəf-müqabilim, hər şeyim... Nəcibliyin, zərifliyin, incəliyin, mərhəmətin və əlbəttə ki, qeyri-adi gözəlliyinlə xalqımızın qəlbində taxt qurdun, kraliça oldun.

Səninlə vidalaşmaq çox çətindir, çünki indi tək qalmışam. Allah rəhmət eləsin, məkanın cənnət olsun. Nəvən Alecin də dediyi kimi, cənnətdəki ən uca ağacın altında görüşəcəyik. Orada bizi gözlə. Səni hər şeydən çox sevən oğlun, quzun İlker İnanoğlu və nəvən Alec Berker İnanoğlu. Bütün sevənlərinə başsağlığı diləyirəm".

ilker-inanoglundan-annesi-filiz-2.jpg (128 KB)

Filiz Akın kimdir?

Filiz Akın 2 yanvar 1943-cü ildə Ankarada dünyaya gəlib. O, Ankaralıdır və 82 yaşında vəfat edib.

Lisey təhsilini TED Ankara Kollecində, ali təhsilini isə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Arxeologiya bölməsində tamamlayıb. Ata tərəfindən çərkəz, ana tərəfindən isə alban əsilli olan Filiz Akın, kinoya ilk addımını Memduh Ünün rejissorluq etdiyi "Akasyalar Açarkən" filmi ilə atıb. Daha sonra Ajda Pekkan ilə baş rolu paylaşdığı "Şakayla Karışık" filmində rol alıb.

"Yeşilçam"ın ən tanınmış aktrisalarından biri olan Filiz Akın kino karyerası boyunca 121 filmdə baş rolda çıxış edib. "Kollecli qız" ləqəbi ilə tanınan aktrisa 1976-cı ildə kazino səhnələrinə çıxaraq türk klassik musiqisinin ifaçılarından birinə çevrilib.

Filiz Akının ən yaxşı filmləri (IMDB reytinqinə görə):

Şakayla Karışık
Gurbet Kuşları
Tatlı Dillim
Efkarlıyım Abiler
Erkek Severse
Umutsuzlar
İki Gemi Yan Yana
Silahlı Paşazade
Günahkar Kadın
Battı Balık

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR