Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Ruisyada 11 327 nəfər qəsdən adamöldürmə və ya ağır xəsarət yetirmə ilə bağlı cinayətlərin qurbanı olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu, son üç ilin ən yüksək göstəricisidir.
Məlumata əsasən:
2022-ci ildə belə cinayətlərdən 9 366 nəfər, 2023-cü ildə isə 8 792 nəfər həlak olub.
2024-cü ildəki kəskin artım müharibə dövründə qeydə alınan ən böyük göstərici kimi qiymətləndirilir. Bu rəqəmlərə Cinayət Məcəlləsinin qəsdən adamöldürmə, ağır bədən xəsarəti nəticəsində ölüm, terror aktı, girov götürmə, dövlət və ictimai xadimlərin həyatına sui-qəsd kimi maddələri üzrə qurbanlar daxildir.
Ekspertlər bu artımı birbaşa “xüsusi hərbi əməliyyat”la (SVO) əlaqələndirirlər. Ural Hüquq İnstitutunun əməkdaşı Villi Maslovun “SVO-nun Rusiyadakı cinayətkarlığa təsiri” adlı məqaləsində qeyd olunur ki, müharibə ölkədə kriminogen durumu kəskin şəkildə pisləşdirib və yaxın gələcəkdə də mənfi təsirin davam edəcəyi gözlənilir.
2019–2023-cü illərin göstəricilərinə əsasən, Rusiyada dələduzluq, təcavüz, təcavüzə cəhd və xuliqanlıq üzrə məhkum olunanların sayı da artıb.
Xüsusilə diqqət çəkən məqam, xuliqanlıq halları üzrə artımdır. 2024-cü ildə bu maddə ilə 2 395 cinayət qeydə alınıb ki, bu da son 10 ilin maksimum göstəricisinə yaxınlaşır. Ən yüksək göstərici isə 2016-cı ildə qeydə alınmışdı (2 597). Müharibənin ilk iki ilində bu rəqəm 1 460–1 617 arasında dəyişirdi.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ