İnsanlara hürriyət, millətlərə istiqlal!

Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək: “SOCAR-a hücumlar ...”

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, söhbət zamanı Stefançuk regionda uzunmüddətli sülhün vacibliyinə diqqət çəkib və Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib. O, Ukraynanın suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan bütün təşəbbüsləri dəstəklədiyini bildirib.

Ukrayna parlament rəhbəri Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən repressiyaları və Ukraynada SOCAR obyektlərinə edilən hücumları eyni təcavüz zəncirinin tərkib hissəsi adlandırıb:

“Bu cinayətlər eyni təcavüz zəncirinin halqalarıdır və biz onları qətiyyətlə pisləyirik”, – Stefançuk vurğulayıb.

O əlavə edib ki, Kiyevin iştirakı olmadan bölgə ilə bağlı hər hansı qərarın qəbul olunması yolverilməzdir.

Telefon danışığı zamanı Stefançuk Sahibə Qafarovanı Ukraynaya səfərə və Stokholmda keçiriləcək Krım Platformasının parlament sammitində iştirak etməyə dəvət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR