İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ bayrağı altında hücuma keçdi – dünya bu görüntülərdən şokda - VİDEO

Rusiya ordusu Ukraynada hücuma çıxardığı zirehli texnikaya həm Rusiya, həm də ABŞ bayrağı quraşdırıb.

Musavat.com xəbər verir ki, Hadisə ilə bağlı görüntüləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak yayıb.

Yermak sosial şəbəkədə bu faktı şərh edərək bildirib:

“Bu nə deməkdir? Rusiya təbliğatçıları öz videolarında göstərirlər ki, Rusiya texnikası hücuma Rusiya və ABŞ bayraqları altında çıxır. Onlar öz terrorçu, işğalçı müharibələrində ABŞ-ın simvolikasından istifadə edirlər. Bu, maksimal həyasızlıqdır”.

Ukrayna işğalının araşdırılması mərkəzinin rəhbəri Pyotr Andryuşenko isə açıqlamasında bildirib ki, videodakı texnika ABŞ istehsalı olan M113 zirehli transportyorudur. Onun sözlərinə görə, hadisə Rusiya qüvvələrinin Zaporojyedə yerləşən Mala Tokmaçka kəndinə hücumu zamanı baş verib.

“Ruslar artıq ABŞ-ı özlərinin müttəfiqi elan ediblər və Mala Tokmaçkanı M113-lərlə, həm Rusiya, həm də ABŞ bayrağı altında hücum edərək ələ keçirməyə çalışırlar. Bu, Tramp dövrünün absurd məntiqi sonluğudur. Üstəlik, bütün bunlar Russia Today-in rəsmi kanalında yayımlanır. Söz tapmaq çətindir”, – Andryuşenko qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR