Onlayn ictimai-siyasi qəzet
Almaniyanın xarici işlər naziri Yohann Vadeful alman qoşunlarının Ukraynada yerləşdirilməsinin əleyhinədir.
Musavat.com xəbər verir ki, nazir bu barədə Table.Media portalına müsahibəsində bildirib.
Xarici işlər naziri xatırladıb ki, Almaniya artıq Litvada tank briqadası yerləşdirib. "Bunu Ukraynada qoşunların yerləşdirilməsi ilə birləşdirmək, yəqin ki, bizim üçün çox yük olacaq", - o deyib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Moskva Avropa liderlərinin Ukrayna ərazisinə qoşun yeritmək istəyində israrlı olmasından məyusdur.
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ