İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fikirlərim həlak olanların ailələri ilədir"

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bazar günü İstanbulda baş verən partlayışda həlak olanların ailələrinə başsağlığı verib.

Musavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri öz "Twitter" səhifəsində yazıb.

"Dünən İstanbulda insan tələfatı ilə nəticələnən dəhşətli hücumdan sonra Türkiyəyə və türk xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərim həlak olanların ailələri ilədir", - deyə Ursula fon der Leyen bildirib.

Serbiya prezidenti Aleksandr Vuçiç, Macarıstan prezidenti Katalin Novak, Yunanıstan və Əlcəzairin Xarici İşlər nazirlikləri də başsağlığı verib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində noyabrın 13-də yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR