Onlayn ictimai-siyasi qəzet
FİFA-nın milli komandaların bu il üçün açıqladığı 1-ci reytinq cədvəlində ilk 3-lükdə dəyişiklik olub.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, son dünya çempionu Argentina siyahıda 1-ci pilləyə (1840 xal) yüksəlib. Fransa 2-ci (1838) pilləyə qalxıb. Braziliya liderlikdən 3-cü (1834) pilləyə geriləyib.
Türkiyə millisi isə 1 pillə irəliləyərək (1465) 43-cü pilləyə yüksəlib.
FİFA reytinqində "TOP-10"luq aşağıdakı kimidir:
1. Argentina - 1840 xal
2. Fransa - 1838
3. Braziliya - 1834
4. Belçika - 1792.52
5. İngiltərə - 1792.43
6. Niderland - 1731
7. Xorvatiya - 1730
8. İtaliya - 1713
9. Portuqaliya - 1707
10. İspaniya - 1682
43. Türkiyə - 1465
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ