İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: "Rusiyanın Azərbaycana münasibətində ciddi və müsbətə doğru kardinal dəyişikliklər olacaq”  

“Bu, zərurətdən doğan olacaq”

“Bizim üçün ən böyük təhlükə Rusiyadan gələ bilər”.

Musavat.com xəbər verir ki, bu sözləri bu gün Rauf Arifoğlunun moderatorluğu ilə efirə gedən “Dərin Təhlil” verilişində millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, 16 gündür ki, Rusiya öz məqsədinə nail ola bilmir.

Belə ki, Ukrayna xalqı gözləniləndən də artıq kəskin və böyük iradə ilə vətən müharibəsini aparmaqdadır: “Təbii ki, Rusiya zəifləyir və onunla bağlı miflər dağılır. Onun beynəlxalq səviyyədə əlaqələri xeyli məhdudlaşır. Avropa ilə bütün telləri qırılır. Sual olunur ki, belə bir vəziyyətdə Azərbaycan hansı bir durumdadır, Azərbaycana hansı dividentlər gələ bilər? Rusiyanın qələbə çalacağına inanmıram. Amma müharibədən necə çıxmasından asılı olmayaraq, Rusiyanın Azərbaycana münasibətində ciddi və müsbətə doğru kardinal dəyişikliklər olacaq. Bu, zərurətdən doğan olacaq”.

F.Ağamalı eyni zamanda bildirib ki, Rusiya isti dənizlərə çıxmaq, özünün iqtisadi əlaqələrini nisbət kompensasiya etmək üçün İran vasitəsilə ticari əlaqələrini qura bilər: “Bir də Zəngəzur dəhlizindən keçərək, Türkiyə vsitəsilə dünyanın ayrı-ayrı yerlərinə keçə bilər. Yaranmış situasiyada Zəngəzur dəhlizinin açılmasına Rusiya əvvəlkindən daha artıq maraq göstərəcək. İkincisi, təbii ki, yaranmış situasiya bizə imkan verəcək ki, imzalanmış olan sənədlərin müvafiq müddəaları Azərbaycan dövləti tərəfindən həyata keçirilsin. 44 günlük müharibədə qalib gəlmişik. Xankəndi ətrafında separatçıların qırıntıları qalıb. Mən əminəm ki, Azərbauycan dövlətinin iradəsi ortada olacaq. Rusiya Putinin imzaladığı 2020-ci il 10 noyabr bəyanatının 4-cü bəndinin – erməni silahlı qüvvələrinin Xankəndi və onun ətrafından çıxarılmasına başlanacaq”.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR