İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: “Fransadakı səfirimiz geri çağırılsın”

Fransa özünün riyakar simasını ortalığa qoymaqdadır. Vaxtilə müstəmləkə olan Afrika ölkələrində böyük vəhşiliklər göstərən Əlcəzair xalqının 1,5 mln. əhalisini soyqırım edən, ancaq alman faşizminə qarşı mübarizə aparmadan təslim olan Fransa Azərbaycan xalqına qarşı tutduğu riyakar mövqe sərgiləyir ki, bu da xalqımızı hiddətləndirib.

Musavat.com-un məlumatına görə, bunu deputat Fəzail Ağamalı parlamentdəki çıxışında deyib. O bildirib ki, faşist Ermənistanı tolerant ölkə kimi qiymətləndirən Makron əslində Senatda qəbul olunan qətnamənin müəllifi kimi çıxış edib: “Onun diqtəsi ilə yazılan qətnamədə Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb. Fransanın bu mövqeyinə görə Ermənistanla yanaşı, bu ölkənin addımları da Azərbaycanın ərazi bütövlüyünə təcavüz cəhdi kimi qiymətləndirilməlidir”. F.Ağamalı təklif verdi: “Fransa ilə bizim münasibətlərimizə yenidən baxılsın, onun neft şirkətlərimizdə bir payçı kimi iştirakına son qoyulsun, Fransadakı səfirimiz geri çağırılsın. Bu cür faşist ölkə ilə münasibətlərimizə yenidən baxmalıyıq”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR