İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəvvarələr meydanındakı bu tikinti dayandırıldı - FOTOLAR

Sosial şəbəkələrdə Fəvvarələr meydanında aparılan tikinti işləri ilə bağlı çəkilmiş foto müzakirələrə səbəb olub. İzləyicilər Bakının mərkəzi küçəsində belə tikintiyə icazə verilməsini qınayıblar və şəhərə xoşagəlməz görüntü verdiyini qeyd ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə səhər saatlarında sosial şəbəkədə paytaxtın Səbail rayonunun Fəvvarələr Meydanında ictimai-iaşə obyektinin inşası ilə bağlı məlumat yayıldıqdan dərhal sonra həmin tikinti BŞİH tərəfindən dayandırılıb, ərazi nəzarətə götürülüb və hazırda onun söküntüsü aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR