İnsanlara hürriyət, millətlərə istiqlal!

Fətullah Gülən yunan jurnalistlərlə müsahibəni yarımçıq TƏRK EDİB - FOTO

FETÖ lideri yunan jurnalistləri qonaq edib, lakin söhbəti yarımçıq tərk edib.

Konkret.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini” terror təşkilatı FETÖ lideri Fətullah Gülənin Pensilvaniya ştatının Pocono dağlarında yerləşən sığınacağına gedib. Qəzet səfərin təəssüratlarını və keçirilən görüşləri manşetlərə çıxarıb.

Türkiyə ilə Yunanıstan arasında gərginliyin son dərəcə yüksək olduğu, hətta müharibə ssenarilərinin müzakirə edildiyi bir vaxtda Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini” terror təşkilatı FETÖ lideri Fətullah Gülənin Pensilvaniyadakı sığınacağına gedib.

Yunan qəzetinin FETÖ liderini ziyarətinin prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-da olduğu dövrə təsadüf etməsi diqqət çəkib.

Qəzet FETÖ rəhbərinə Ərdoğanın Yunanıstanla bağlı sözləri barədə sual verib.

“Bəziləri atmosferi pozmaq və suları bulandırmaq üçün çox çalışırlar. Ərdoğan son vaxtlar adalara getmək, talan etmək, zəbt etmək barədə boş-boş danışır. Hər kəs öz yerində qalmalıdır”,- deyə Gülən Yunanıstanı dəstəkləyib.

“Kathimerini” FETÖ lideri ilə görüşün ümumilikdə 12 dəqiqə davam etdiyini yazıb. Qəzet Gülənin qəfil halsızlaşdığını və müsahibəni yarımçıq tərk etdiyini bildirib.

“Üzr istədi və otaqdan çıxdı. FETÖ lideri səhhətində problem olduğunu gizlətmədi”, – nəşr yazıb.

Qəzet Gülənin yaşadığı yeri “sığınacaq” kimi qələmə verib. Otaqlarda pəncərənin olmadığı bildirilib. Qapısında 7/24 mühafizə xidməti var və o, evdən ancaq xəstəxanaya getmək üçün çıxır.

Qəzet evin şəkillərinin çəkilməsinə icazə verilmədiyini yazsa da, mülkün uzaqdan çəkilmiş fotolarını paylaşıb. FETÖ liderinin şəklini çəkməyin qadağan olduğu da bildirilib.

Bundan əvvəl Türkiyə ABŞ-ı FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün lazımi addımları atmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR