İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fənərbaxça”dan “Napoli”yə 20 milyonluq transfer

"Fənərbaxça"nin müdafiəçisi Kim Jin Mae İtaliyanın "Napoli" klubu ilə anlaşıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu ona təklif olunan illik 2,8 milyon avroluq qazanc təklifini qəbul edib. "Napoli" stopperin transferi üçün "Fənərbaxça"ya 20 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Müdafiəçinin tibbi müayinədən keçmək üçün 48 saat ərzində İtaliyaya gedəcəyi qeyd edilir. Gələn həftə isə onun yeni komandası ilə məşqlərə başlayacağı gözlənilir.

Kim Min Jae ötən il 3 milyon avroya "Beijing Guoan"dan "Fənərbaxça"ya transfer olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR