İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinə BÖYÜK ŞOK: İnanmırıq!

Qəzzada ölənlərin sayı 6500-ü keçib.

Musavat.com xəbər verir ki, Fələstin hökuməti Qəzzada ölənlərin sayının 6 min 546-ya yüksəldiyini, 17 min 439 nəfərin yaralandığını açıqlasa da, ABŞ prezidenti Co Baydendən diqqətçəkən bəyanat gəlib.

Bayden deyib ki, fələstinlilərin Qəzzada ölənlərin sayına barədə yaydığı məlumata güvənmir. Bayden Fələstin rəsmilərinə niyə şübhə ilə yanaşdığını açıqlamayıb.

"Fələstinlilərin neçə insanın öldürüldüyü barədə həqiqəti söyləyib-demədikləri barədə heç bir fikrim yoxdur. Əminəm ki, günahsız insanlar öldürülür və bu, müharibə aparmağın bədəlidir. Ancaq mən fələstinlilərin açıqladığı rəqəmlərə inanmıram№.

ABŞ-ın ən böyük müsəlman qeyri-hökumət təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası Baydenin Qəzzada fələstinlilərin itkilərinin sayına şübhə yaradan açıqlamalarını "şok" adlandırıb və pisləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR