İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin Prezidenti bir il ərzində ümumi seçkilər keçirməyə hazır olduğunu təsdiqləyib

Fələstin Prezidenti Mahmud Abbas bir il ərzində bütün ölkə ərazisində ümumi seçkilər keçirməyə hazır olduğunu açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə Ərəb Dövlətləri Liqasının (ƏDL) Misirdə keçirilən fövqəladə sammitin açılışında bildirib.

"Biz təsdiq etmək istərdik ki, şərait imkan verərsə, bir il ərzində həm prezident, həm də parlament seçkilərini keçirməyə tam hazırıq", - M.Abbas vurğulayıb.

Fələstin lideri qeyd edib ki, o, təkcə İordan çayının qərb sahili və Şərqi Qüdsdə deyil, Qəzza zolağında da seçki keçirilməsini nəzərdə tutur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR