İnsanlara hürriyət, millətlərə istiqlal!

Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

ABŞ administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Konqres binasında jurnalistlərlə söhbətində bildirib.

“Prezident Trampın siyasəti çox aydındır: nüvə silahının yayılmasına dözə bilmərik, xüsusən də İranda. Bu, hazırki Amerika administrasiyasının siyasəti olacaq”, - o deyib.

Qeyd edək ki, “Bloomberg” agentliyi mənbələrə istinadən Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığını yazıb. İddiaya görə, Tramp fevralın 12-də baş tutmuş telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə bu istəyini çatdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR