Onlayn ictimai-siyasi qəzet
Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni eyni gündə dünyasını dəyişib.
Musavat.com Baku TV-yə istinadən xəbər verir ki, şəhidin atası Məcnun Ağayev və anası Gülnaz Ağayeva yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
"Biz gələndə gördük ki, artıq boğulublar. Övladlarından biri 44 günlük Vətən müharibəsində şəhid olub, digəri isə onların yanında qalırdı. Uşaq evə gələndə valideynləri yox idi, hamamın qapısını açanda isə anasının yerdə olduğunu görüb", - qonşulardan biri bildirib.
Şəhid Vahid Ağayevin valideynləri Maştağa qəbiristanlığında dəfn edilib.
05 Mart 2025
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ