Onlayn ictimai-siyasi qəzet
Arıqlamaq istəyənlər, pəhriz saxlayanlar adətən ilk olaraq çörəkdən imtina edirlər.
Son zamanlar sosial şəbəkələrdə "çörəkdən imtina etmək" kimi trendlər geniş yayılıb.
Artıq çəki problemindən əziyyət çəkənlərin sayı artdıqca, müxtəlif üsullarla arıqlamaq istəyənlərin də sayı çoxalır. Bir çoxları elə düşünür ki, çörəkdən istifadə etməməklə çəki atmaq daha sürətli baş verir.
Musavat.com xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Sakinlər "Arıqlamaq üçün çörəkdən imtina etməyə ehtiyac yoxdur, çox hərəkət etmək lazımdır", "İnsanlar orqanizmindən asılı olaraq pəhriz proqramına uyğun şəkildə çörəyi qida rasionundan çıxara bilərlər" kimi fikirlər səsləndiriblər.
Çörək sağlamlıq üçün vacib olan karbohidrat, lif və bəzi mikroelementlərlə zəngindir.
Mütəxəssislərin sözlərinə görə, ondan tamamilə imtina etmək düzgün deyil və bu, orqanizmdə bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
"Qlütenin qəbul olunmaması həm şəkər, həm də iflic xəstəliklərinin yaranmasına səbəb ola bilər. Qlüten, bağırsaqların selikli qişasını müdafiə edən və probiotik təsir göstərən ən mühüm komponentlərdən biridir. Pəhriz yox, normal və sağlam qidalanma insan orqanizmi üçün daha faydalıdır. Çörək və un məmulatlarından tamamilə imtina etmək isə orqanizmdə xüsusi komponentlərin çatışmazlığına yol açır".
Daha ətraflı videomaterialda:
05 Mart 2025
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ