İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafaya YÜKSƏK VƏZİFƏ verildi

Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclis qərar qəbul edib.

Mədəniyyət komitəsinə indiyədək sədr müavini vəzifəsini həyata keçirən deputat Fazil Mustafa rəhbərlik edəcək.

Spiker Sahibə Qafarova gündəlikdəki məsələnin təsdiqindən sonra həm Fazil Mustafaya, həm də yeni sədr müavini Ülviyyə Ağayevaya uğurlar arzulayıb.

Xatırladaq ki, sentyabr ayında 48 yaşında vəfat edən mərhum deputat Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. Qənirə xanımın vəfatından sonra onun vəzifəsini Fazil Mustafa icra edirdi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR