İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan təklif: “Naxçıvana da humanitar yardım...”  

“Əslində, biz bu məsələnin gündəmə gətirilməsi ilə bağlı gecikmişik. Zəngəzur dəhlizi terminini gündəmə gətirməklə yanaşı, Naxçıvana humanitar yüklərin daşınması məsələsinə də diqqət çəkməli idik”.

Bunu Musavat.com-a millət vəkili Fazil Mustafa bildirib.

O qeyd edib ki, Qafan və Gorusdan keçməklə, yüklərin maneəsiz daşınması tələbini aktuallaşdırmaq lazımdır: “Laçın dəhlizi ilə bağlı təzyiqlər gözlənilən idi. Biz müəyyən həddə qədər dirəniş göstərə biləcəyik. Ən azı Ağdam-Xankəndi yolu ilə bərabər, oradan çıxmaq istəyən ermənilərin məhdudiyyətlə olsa da, yoldan istifadəsi bizdən tələb olunacaq. Buna görə də Naxçıvan məsələsinin qoyulması olduqca aktualdır. Təbii ki, yolların eyniləşdirilməsi doğru olmaz çünki Qarabağ Azərbaycan ərazisidir. Odur ki, problemin həlli üçün eyniləşdirmə aparmadan, Naxçıvana da humanitar yardımın zəruriliyinə diqqət çəkə bilərik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR