İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan ÇAĞIRIŞ: “Türkiyənin bu çətin vəziyyətdən çıxmasında koordinator rolunu BİZ oynamalıyıq” - VİDEO

“İndi Türkiyədəki iqtidarının zəifləməsi, yaxud ölkənin gücdən düşməsi bizim maraqlarımıza uyğun olmayan haldır”.

Bu sözləri hazırda TV Müsavatın efirində yayımlanan, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə “Dərin Təhlil” verilişində millət vəkili Fazil Mustafa bildirib.

Onun fikrincə, Azərbaycan bu məsələdə mümkün qədər aktivlik göstərməlidir: “Biz artıq türk dövlətlərinin öz resursları ilə Türkiyənin bu çətin vəziyyətdən çıxmasında koordinator rolunu oynamalıyıq. Biz artıq diplomatiyanı gücləndirərək, türk dövlətlərini də bu yardıma çağırmalıyıq. Türkiyə qürurlu dövlət kimi zəifləmiş halda kiməsə müraciət etmək istəməyə bilər. Bunu məhz biz etməliyik. Türkiyə naminə bu çağırışları tez-tez təkrarlamalıyıq. Hər kəs, türk dövlətləri Türkiyənin tənəzzülü və ya zəifləməsinin özünə dəyən zərbə olduğunu hiss etməlidir. Ərəb ölkələri də həmçinin. İsraillə Türkiyənin münasibətlərinin daha yüksək səviyyədə irəliləməsinin təminatçısı kimi çıxış etməliyik”.

F.Mustafa eyni zamanda Türkiyənin daxili siyasətinə qarışmağın tərəfdarı olmadığını deyib: “Burda hansısa başıboş oturur və Ərdoğan əleyhinə kampaniya aparır. Bu qüvvələrin cavabı verilməlidir. Sənin Türkiyənin daxili işi ilə nə işin var? Amma sən bir azərbaycanlı olaraq, orda baş verən fəlakətin miqyasından nəticə çıxarıb, yardım əlini uzatmalısan”.

Verilişi tam olaraq aşağıdakı linkdən izləyə bilərsiniz:

 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR