İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Gürcüstan-Azərbaycan Universiteti yaradılsın”

Deputat Fazil Mustafa Milli Məclisin iclasında Gürcüstanla Azərbaycan arasında normal münasibətlərin olduğunu söylədi. Ancaq o, bildirdi ki, son on ildə Gürcüstandakı azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki məktəblərin kadrlarla təmin edilməsində ciddi problemlər var. Deputat dedi ki, yaşlı müəllimlər hansısa səbəbdən çalışdıqları məktəbləri tərk etsələr, fəlakətli vəziyyət yaranar, milli məktəblərimiz bağlanmaq təhlükəsi ilə üz-üzə qalar.

F.Mustafa bildirdi ki, vaxtilə ildə 40 kadrın hazırlanması ilə bağlı layihə təqdim olunmuşdu, Gürcüstan hökuməti də bu təşəbbüsü dəstəkləyirdi, lakin pandemiya səbəbindən layihəni reallaşdırmaq mümkün olmadı. Çıxış yoluna gəldikdə, deputat dedi ki, Azərbaycan milli kadrların hazırlanması istiqamətində addımlar atılmalıdır. F.Mustafa digər təklif də irəli sürdü. Bildirdi ki, bir sıra ölkələrlə ortaq universitetlər yaradıldığı kimi, Gürcüstanla da anoloji addım atılmalıdır: “Niyə Gürcüstan-Azərbaycan Universiteti yaradılmasın? Bu, strateji məsələdir. Belə bir addım atılsa, azərbaycanlıların Azərbaycanda hazırlanmasına ehtiyac qalmaz”. Deputat digər problemə də diqqət çəkdi. Bildirdi ki, Gürcüstandakı din xadimlərinin əksəriyyətini ya İran hazırlayır, ya da onların cəlb edib, Borçalıya qaytarırlar. Təhsilin aşağı olması səbəbindən Gürcüstanda cəhalətin səviyyəsi yüksək həddə çatıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR