İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Baboşların, maboşların təbliğatı gedir”

Milli Məclisin plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, komitə sədri Fazil Mustafa cari məsələlərlə bağlı çıxış edərkən diqqəti idmandakı vəziyyətə yönəldib.

Bildirib ki, bu günlərdə Roma güləşi üzrə dünya çempionatında Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu və bu, çox böyük uğurdur, bir ilkdir.

Deputat sual edib: bəs, Hacı Əliyev kimi idmançılarımızın yetişdiyi sərbəst güləşimiz niyə uğur qazana bilmədi? Cavabında qeyd edib ki, bu, legionerlərlə bağlıdır.

“Legioner bir neçə ildən sonra çıxıb gedir, məktəb yarada bilmir”, - deyən Fazil Mustafa qeyd edib ki, futbolda da vəziyyət belədir.

“Dünyanın əksər klublarında 70 gürcü futbolçu çıxış edir. Amma bir azərbaycanlı futbolçunu dünyaya transfer olunacaq səviyyədə yetişdirə bilməmişik”, - deputat vurğulayıb.

Fazil Mustafa mövzunu davam etdirərkən bir məqama da toxunub:

“Eldəniz Əzizli 4 dəfə dünya çempionu olub, Hacı Əliyev 3 dəfə. Amma ölkədəki məktəblərin heç birinin girişində onların şəkillərinə rast gəlmirik. Çox yaxşı ki, şəhidlərimizin hamısının şəkilləri məktəblərimizin girişində, digər yerlərdə vurulub. Amma canlı qəhrəmanlarımızın şəkillərini görə bilmirik. Ona görə də baboşların, maboşların təbliğatı gedir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR