İnsanlara hürriyət, millətlərə istiqlal!

F-16 qırıcılarının Ukraynada istifadəyə veriləcəyi tarix açıqlanıb

ABŞ istehsalı olan F-16 qırıcı təyyarələrinin Ukrayna müharibəsində tətbiq olunacağı tarix açıqlanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, Ukraynanın Strateji Kommunikasiyalar üzrə Spravdi Mərkəzindən F-16-ların tədarükünün sona çatmaq üzrə olduğu bildirilib.

Qeyd olunub ki, hazırda son hazırlıq işləri görülür.

Xatırladaq ki, qırıcıların Ukraynaya tədarükü ilə bağlı koalisiya yaradılıb. Buna Danimarka və Niderland rəhbərlik edir. Ukraynalı pilotlar bu ilin payızında F-16-larla təlim keçiblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR