İnsanlara hürriyət, millətlərə istiqlal!

F-16-larla bağlı Türkiyəyə ŞAD XƏBƏR

ABŞ-ın 857 milyard dollar dəyərində müdafiə büdcəsinin (National Defense Authorization Act, NDAA) son variantında F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Musavat.com xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsi üzərində işi başa çatdırıb.

Qanun layihəsinin yekun variantında 18 bənddən ibarət xüsusi məhdudiyyətlər planı da nəzərdə tutulub. Həmin bəndlərin heç biri F-16-ların Türkiyəyə satışını məhdudlaşdırıcı şərtlərlə əlaqələndirməyib.

Xatırladaq ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyənin “beşinci nəsil” F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı qərar qəbul etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR